Sabahın havası açıqlandı
    • 27-08-2022, 12:08
    • 359

Sabahın havası açıqlandı

Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 34-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.