Bakı-Gəncə sürət qatarı ilk reysə çıxdı - FOTO
    • 29-12-2018, 10:41
    • 1 649

Bakı-Gəncə sürət qatarı ilk reysə çıxdı - FOTO

Dekabrın 29-da səhər saat 09:00-da Bakı-Gəncə sürət qatarı yola düşüb. 

News24.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qatar yola düşməzdən əvvəl qatardan istifadə edən sərnişinlərə, bu qatarda fəaliyyət göstərəcək əməkdaşlara uğurlar arzulayıb. 

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqını təbrik edən QSC sədri işğal altında olan torpaqlarımızın azad olacağını və yeni qatarlarla Qarabağa səfərlər edəcəyimizə inandığını vurğulayıb.

Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. 

Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Sərnişinlərin nəzərinə çatdırılır ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 

Dörd vaqondan ibarət qatarda birinci klass (doqquz yer), biznes (62 yer) və standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yeri var. Gediş biletləri dəmir yolu kassalarında və internet saytında onlayn satılır.

Qeyd edək ki, bu gün qatar media nümayəndələrinin iştirakı ilə ilk səfərinə çıxıb.