Sahibə Qafarova Pakistana başsağlığı verdi
    • 27-08-2022, 22:59
    • 475

Sahibə Qafarova Pakistana başsağlığı verdi

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Pakistan İslam Respublikasında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar ilə əlaqədar bu ölkənin Milli Assambleyasının sədri Raca Pərviz Əşrəfə və Senatın sədri Məhəmməd Sadiq Sancraniyə başsağlığı məktubları ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az - bildiriblər ki, S.Qafarova həmkarlarına, qardaş Pakistan xalqına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, faciə nəticəsində yaralananlara şəfa dilədiyini qeyd edib.