"CeyLo-nun "kitayski poddelka"sı " - Tolikdən Damlaya irad
    • 29-08-2022, 11:27
    • 2 715

"CeyLo-nun "kitayski poddelka"sı " - Tolikdən Damlaya irad

"Damla" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova geyimi ilə yenə də gündəmi alt-üst edib.

News24.az xəbər verir ki, məkanların birində canlı konsert proqramı ilə çıxış edən sənətçinin üzərinə bir qolu uzun, digəri isə qısa olan "top", alt hissəsinə isə qısa şort, onun üzərindən isə iç yanları açıq şalvar geyinən sənətçinin qalmaqallı obrazı müzakirələrə səbəb olub.

Repertuarında yer alan hitlərini arda-arda düzən Damlanın bu imici sosial şəbəkəyə yayıldıqdan sonra izləyiciləri qəzəbləndirib.

Müzakirələrə qoşulanlar arasında aparıcı Tolik (Tarix Əliyev) də olub.

O şərh yazaraq bunları bildirib:

"Bu geyim Damlanın bədən quruluşuna uyğun deyil. Yaxşı qızdır, həm safdır, həm ağıllıdır, həm də biclik edir. Bilir ki, belə geyinsə, hamı yazacaq. Konsert kiməsə maraqlı olmayacaq. bir də öz aləmində kişicik olan stilistlər, özləri qadın geyimi geyinirlər. onu da belə geyindiriblər ki, sən CeyLosan. Amma demirlər ki, CeyLo bunu daşıya bilir. Yazıq Damlanı arvad simalı stilistlər pis günə qoyurlar.

Damla pul buraxır, gözəl kliplər çəkir, amma işləri gündəm olmur. Bu da müğənninin ən böyük uğursuzluğudur. Gərək müğənninin klipi də, hər layihəsi də gündəm olsun. Geyimləri də zövqsüz: biri var brend ola, biri də var CeyLo-nun "kitayski poddelka"sı ".

Əlavə edək ki, Damla son zamanlar uğursuz geyimləri ilə dəfələrlə tənqid olunub.