Kilsədə Azərbaycan dilində DUA oxundu - VİDEO
    • 29-08-2022, 15:41
    • 366

Kilsədə Azərbaycan dilində DUA oxundu - VİDEO

Bakıda yerləşən Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında ilk dəfə Azərbaycan dilində dua oxunub.

News24.az xəbər verir ki, bu barədə Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi arximandrit Aleksey öz “Facebook” səhifəsində paylaşım edib.

Keşişin duanı oxuyarkən Azərbaycan dilinə müraciət etməsi maraqla qarşılanıb.

Qeyd edək ki, kilsə 1909-cu ildə memar Verjbitskinin layihəsi əsasında məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi vəsaiti və ianələr hesabına inşa edilib.

1920-ci ildə sovet hakimiyyəti dövründə kilsə ilk bağlanan ibadət yerlərindən biri olub, onun baş keşişi isə güllələnib. Məbəd kommunist rejimi vaxtı anbar kimi fəaliyyət göstərib.

1991-ci ildə Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı Rus Pravoslav Kilsəsinin sərəncamına verilib.

(oxu.az)