-
- 19-07-2018, 18:47
- 1 228
Ekspert: "Alim adı alan icra başçıları elmi gözdən salır"
"XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev müğənni Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsinə münasibət bildirərkən maraqlı məqama toxunub.
News24.az xəbər verir ki, ekspert "facebook” səhifəsində bunları yazıb:
"Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu xəbər çox adamı təəccübləndirdi. Bilmirəm niyə… Dostlar, elm Nazpəri xanım ilə nüfuzdan düşməyib. Elmi bilirsiniz hansı adamlar nüfuzdan salıb?
Birini deyim: Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev 40 yaşında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki İdarəçilik Akademiyası) bitirib. 2 ildən sonra isə namizədlik dissertasiyası müdafiə edib. İndi elmlər doktoru, professordur. Məncə ayıb olan məsələ budur".