Heydər Əliyev Fondu xalq artistinin müalicəsini nəzarətə götürdü
    • 30-08-2022, 22:58
    • 594

Heydər Əliyev Fondu xalq artistinin müalicəsini nəzarətə götürdü

Heydər Əliyev Fondu səhhəti ağırlaşan Xalq artisti Ənvər Həsənovun ailəsinə dəstək göstərib.

News24.az xəbər verir ki, aktyorun ailəsi müalicəyə yardım etmək üçün Heydər Əliyev Fonduna  müraciət edib. Fonddan müraciətə müsbət cavab verilib.

Qeyd edək ki, Xalq artisti Ənvər Həsənovun səhhətində bir neçə gün öncə ciddi problem yaranıb. O, hazırda Mərdəkanda xəstəxanada müalicə alır. Onun "Covid-19" testi də pozitiv çıxıb.