Avtomobildə iki nəfəri güllələyən şəxs təslim oldu — RƏSMİ AÇIQLAMA
    • 29-12-2018, 15:25
    • 956

Avtomobildə iki nəfəri güllələyən şəxs təslim oldu — RƏSMİ AÇIQLAMA

DİN Bakıda baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayev ölmüş, A.Bağırovun isə vəziyyəti orta-ağırdır.

Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami Rayon Polis İdarəsinə Rayon Polis İdarəsinə gedib və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.

Z.İsmayılov tutulub, silahı evdən götürülüb.

//ÖlkəAz