Sılanın möhtəşəm Bakı konserti baş tutdu - FOTOLAR - VİDEO
    • 30-12-2018, 14:59
    • 1 666

Sılanın möhtəşəm Bakı konserti baş tutdu - FOTOLAR - VİDEO

Ötən gün türkiyəli sevilən müğənni Sıla Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edib.

“Liatris Holding”in rəhbəri Ruhi Əliyevanın təşəbbüsü, “Kevents Group”un təşkilatçılığı ilə baş tutan gecə anşlaqla yadda qalıb.

Konsertin aparıcısı Nəsib Nur zalda əyləşənlərin səbirsizliklə gözlədiyi anın gəlib çatdığını deyib və güclü səsi, ürəklərə yol tapan mahnıları ilə hər kəsi ovsunlayan Sılanı səhnəyə dəvət edib.

Bakıda ilk dəfə konsert proqramı ilə sevnlərinin qarşısına çıxan ifaçı ard-arda son albomundan olan “Ziyan” və “Afitap” mahnıları səsləndirib.
Müğənni daha sonra onu dinləməyə gələnləri salamlayıb:

“Səhnə fəaliyyətimin 11-ci ilində görüşdük. Sizlərlə bərabər olduğum üçün çox xoşbəxtəm. Böyük gözlənti və həəslə gəlmişəm.

Bundan əvvəl Bakıya 2 dəfə səyahət etmişəm. Amma bu ilk konsertimdir. Bu mənim üçün çox özəl mə sevicli andır. Gecənin gözəl keçməsini ürəkdən istəyirəm. Çox gülərüzlü insanlarsınız. Dünyada bu qədər gülərüz insanı bir arada görmək çox çətindir. Buna görə sizə çox təşəkkür edirəm”.

Dinləyicilərə ürək sözlərini çatdıran Sıla son mahnıları “Engerek”, “Ateşle oynama”, “Yan benimle”, “Muhbir” ilə yanaşı illər öncə ifa etdiyi “Yara bende”, “Sevişmeneden uyumayalım”, “Dan sonra”, “Kafa”, “Yabancı” və s. kimi hitlərini də səsləndirib.

Gecədə böyük alqışla qarşınan məqam isə Sılanın musiqi Cahangir Cahangirova, sözləri Zeynal Cabbarzadəyə aid olan “Ay qız” mahnısınını ifa etməsi olub.

Alqışların susmadığını görən ifaçı “Bilsəydim bütün repertuarımı bu mahnılardan ibarət edərdim” deyib və bek vokalını yanına dəvət edərək daha bir Azərbaycan mahnısını ondan oxumasını istəyib.

Beləliklə konsertdə səslənən ikinci Azərbaycan mahnısı, musiqisi Tofiq Quliyeva, sözləri Rəsul Rzaya aid olan “”Sənə də qalmaz olub.

Qeyd edək ki, konsertin baş sponsoru Premium Bank, təşkilatı dəstəyi “Liatris Travel”, “Pullman”otel, informasiya dəstəyi “Azad Azərbaycan” televiziyası, “106.3 FM”, “106 FM”, “News24.az” saytı, “KaTV 1” və “CinemaPlus” olub.

Konsertdən olan görüntüləri təqdim edirik:

Teymur MƏMMƏDOV
FOTO/VİDEO: Səməd AĞAYEV