Qorbaçov “Novodeviçi” qəbiristanlığında dəfn edildi
    • 3-09-2022, 20:24
    • 378

Qorbaçov “Novodeviçi” qəbiristanlığında dəfn edildi

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Moskvanın “Novodeviçi” qəbiristanlığında dəfn edilib.

News24.az xəbər verir ki, sentyabrın 3-də Moskvada M.Qorbaçovla vida mərasimi keçirilib. Vida mərasimində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev və digər rəsmi şəxslər iştirak ediblər.

Xarici siyasətçilər arasında mərasimə yalnız Macarıstanın Baş naziri Viktor Orban qatılıb. Rusiya Prezidenti Vladimir Putin iş qrafiki ilə əlaqədar Mixail Qorbaçov ilə iki gün əvvəl - sentyabrın 1-də vidalaşıb.

Xatırladaq ki, Mixail Qorbaçov avqustun 31-də 92 yaşında vəfat edib.