Bu ölkədə meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alındı
    • 8-09-2022, 10:17
    • 344

Bu ölkədə meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alındı

Misirdə meymunçiçəyi virusuna ilk yoluxma faktı qeydə alınıb.

News24.az 
xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Əhali Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, epidemioloji vəziyyətin monitorinqi çərçivəsində Misir vətəndaşında meymunçiçəyi virusu aşkarlanıb.

Virusun daşıyıcısı olan və Avropa ölkələrindən birində müvəqqəti yaşayan misirli xəstəxanaya yerləşdirilib və karantinə alınıb.

Vurğulanıb ki, meymunçiçəyi virusuna yoluxan 42 yaşlı pasiyent Ümumdünya Səhiyyə Təşkilatının təlimatına uyğun şəkildə müalicə olunur və onun həyatı üçün təhlükə yoxdur.