Azərbaycan Dövlət Aqrar Universitetinə yeni rektor təyin olundu
    • 9-09-2022, 13:55
    • 318

Azərbaycan Dövlət Aqrar Universitetinə yeni rektor təyin olundu

Azərbaycan Dövlət Aqrar Universitetinə rektor vəzifəsini icra edən təyin olunub.

News24.az Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə universitetin ümumi işlər üzrə prorektoru Zəfər Qurbanov gətirilib.

O, universitetin kollektivinə təqdim edilib.

Qeyd edək ki, sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib. O, 2013-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışırdı.