Ruslar Xarkovu güclü atəşə tutdu: ölən və yaralananlar var
    • 12-09-2022, 16:40
    • 315

Ruslar Xarkovu güclü atəşə tutdu: ölən və yaralananlar var

Rusiya Xarkov vilayətində biabırçı məğlubiyyətdən sonra bu şəhəri güclü atəşə tutub.

News24.az Unian-a istinadla xəbər verir ki, sentyabrın 12-də Rusiya ordusu şəhəri raket atəşinə tutub. Artıq 1 nəfərin öldüyü, 4 nəfərin yaralı olduğu məlumdur.

Qeyd olunur ki, Xarkovda elektrik enerjisi yenidən kəsilib, internet şəbəkəsinin işində fasilələr yaranıb. Şəhərdən qara tüstü qalxır.