-
- 13-09-2022, 09:30
- 438
"Ermənistan son bir ay ərzində davamlı olaraq mövqelərimizi və mülki əhalini atəşə tutur" - Ceyhun Bayramov
"Ermənistan son bir ay ərzində davamlı olaraq mövqelərimizi və mülki əhalini atəşə tutur".
News24.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefon danışığında bildirib.
Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədboyu ərazilərində genişmiqyaslı təxribatları, habelə ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə görülən tədbirlər barədə qarşı tərəfə məlumat verib. Nazir Ermənistanın son bir ay ərzində davamlı olaraq mövqelərimizi və mülki əhalini atəşə tutmasının, Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırmasının, ərazilərin minalanması işini davam etdirməsinin Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığının göstəricisi olduğunu vurğulayıb.