“Neft daşları”ndakı ən uzunömürlü quyudan indiyədək 205 min tona yaxın neft çıxarılıb
    • 2-01-2019, 16:10
    • 3 823

“Neft daşları”ndakı ən uzunömürlü quyudan indiyədək 205 min tona yaxın neft çıxarılıb

"Neft Daşları" yatağındakı ən uzunömürlü quyudan indiyədək 205 min tona yaxın neft hasil edilib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sosial şəbəkədəki səhifəsində qeyd edilib.
Bildirilib ki, "Neft Daşları" yatağındakı 61 saylı quyu 1952-ci ildən fasiləsiz işləyir və dənizdə ən uzunömürlü quyudur. Bugünə kimi quyudan205 min tona yaxın neft çıxarılıb. Quyu hazırda gündəlik 5 ton neft hasil edir.

//Report