Türkiyədə Yeni il axşamı terror aktı törətməyə cəhd edən şəxslər saxlanılıb
    • 2-01-2019, 16:20
    • 841

Türkiyədə Yeni il axşamı terror aktı törətməyə cəhd edən şəxslər saxlanılıb

Türkiyədə Yeni il bayramı münasibətilə keçirilən tədbirlərdə partlayış törətmək istəyən şəxslər saxlanılıb.

İŞİD üzvü olan terrorçular ölkənin Kayseri rayonunda tutulublar.
Kayseri rayon Polis İdarəsindən bildirilib ki, terrorçular rayona Fransadan gəliblər və məqsədləri Yeni il axşamı terror aktı törətmək olub. Saxlanılan şəxslərdən birinin Murad Y, digərinin isə onunla birlikdə yaşayan Mərakeş vətəndaşı Nadia Y. olduğu açıqlanıb. 
Polis onların yaşadıqları ünvanda axtarış aparıb, müxtəlif sənədlər götürüb.

//Report