İranın paytaxtı Tehran şəhərində parlament binası qarşısında etiraz aksiyası keçirilib.

Parlamentin qarşısında toplanan təqaüdçülər hüquqlarının diqqətə alınmaması və pensiyaların azlığından şikayətləniblər. Etirazçılar “İnflyasiya və bahalıq xalqın başına bəladır” və “Ayrı-seçkilik etmək əvəzinə hüquqa əməl edin” şüarları səsləndirib, dövlət büdcəsinə dəyişiklik edilməsi tələbi ilə çıxış ediblər.

//AxarAz