-
- 3-01-2019, 10:53
- 752
Yeni ildə beş nəfər pirotexniki vasitələrdən xəsarət alıb - Nazirlikdən Açıqlama
Bayram günlərində 4754 nəfər aldıqları müxtəlif xəsarətlərlə xəstəxanalara müraciət edib.
Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, paytaxt ərazisində dekabr ayının 31-i xəstəxanalara 2356, yanvar ayının 1-i isə 2398 nəfər müraciət edib:
“Müraciət edən şəxslərdən 647 nəfəri azyaşlı uşaqlar olub. Beş nəfər fişəng və pirotexniki vasitələrdən ziyan çəkib, onlardan ikisi yanıq, üçü əlin müxtəlif travması alıb. Daha üç nəfər qida zəhərlənməsi ilə qeydiyyata alınıb. Ümumi müraciət edən şəxslərdən azyaşlılar istisna olmaqla, digərləri yetkinlik yaşına çatmış şəxslərdir”.