Şəkidə dəhşət – Bir gündə iki nəfər özünü öldürdü
    • 19-09-2022, 12:14
    • 425

Şəkidə dəhşət – Bir gündə iki nəfər özünü öldürdü

Şəkidə Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi, 2003-cü il təvəllüdlü Əli Quliyev yaşadığı evdə özünü asaraq həyatına son qoyduğu gün rayonda daha bir intihar hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, sentyabrın 15-də rayonun Kiçik Dəhnə kənd sakini, 1976-cı il təvəllüdlü Həzi Subhanov da intihar edib. O, yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyub.

Hər iki intihar hadisəsi ilə bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.