İrina Şeykin Rusiyadakı uşaqlığı... - FOTO
    • 19-09-2022, 18:24
    • 711

İrina Şeykin Rusiyadakı uşaqlığı... - FOTO

Dünyaca məşhur model İrina Şeyk uşaq və gənclik dövrünün bir sıra arxiv şəkillərini izləyiciləri ilə bölüşüb.

News24.az Olay-a istinadən xəbər verir ki, Rusiyadan olan supermodelin pərəstişkarları, xüsusən də SSRİ dövründə yaşamış fanatlar interyer, oyuncaqlar və geyimlərə görə nostalji anlar yaşayıb. 

Qeyd edək ki, İrina Şeyk (əsl adı - İrina Şeyxlislamova - Red.) 6 yanvar 1986-cı ildə Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərində anadan olub. Atası Valeri Şeyxlislamov şaxtaçı, anası isə musiqi müəllimi olub. Məktəbi bitirdikdən sonra İrina Çelyabinsk İqtisadiyyat Kollecində marketinq təhsili alıb.