Türkiyə vətəndaşı "Şahdağ"da hoteldə öldü
    • 3-01-2019, 13:39
    • 1 323

Türkiyə vətəndaşı "Şahdağ"da hoteldə öldü

Qusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb.

Hadisə Qusar rayonu ərazisindəki "Şahdağ" Qış-Yay Turizm Kompleksindəki hoteldə qeydə alınıb.

1966-cı il təvəllüdlü Gök Mehmet Reşid oğlu yanvarın 2-də saat 15 radələrində həyat yoldaşı və dostu ilə hoteldə nahar edərkən qəfil halı pisləşib və dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Gök Mehmet Reşid oğlu urək-damar xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

//TrendAz