-
- 20-09-2022, 11:03
- 5 561
Əhaliyə ŞAD XƏBƏR: Maaşlar və pensiyalar ARTACAQ
"Azərbaycanda növbəti ildə minimum əməkhaqqı məbləği artırılacaq".
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev bildirib. Nazir bununla bağlı təkliflərin hazırlandığını qeyd edib.
Nazir əlavə edib ki, gələn il pensiya, eyni zamanda müavinət və təqaüdlərin artırılması üçün də işlər aparılır.
Sahil Babayev həmçinin post müharibə dövründə şəhid ailələri, müharibə əlilləri və iştirakçılarına olan dövlət qayğısından danışıb. Qeyd edib ki, 94 min insana 105 min sosial ödənişlər təyin edilib. Həmçinin 3600 mənzil şəhid ailələri və müharibə əlillərinə verilib. İlin sonuna qədər daha 1500 mənzil və fərdi evin bu kateqoriyadan olanlara təqdim edilməsi nəzərdə tutulub. Cari ildə həmin kateqoriyadan olan şəxslərə 100 avtomobil verilib və proses davam edir. Nazir şəhid ailəsi üzvlərinin və müharibə əlillərinin məşğulluğunun təmin edilməsinə də diqqət çəkib.
Nazir həmçinin 11 min müharibə iştirakçısının reablitasiyadan keçdiyini, 330 nəfərin 4-cü nəsil elektron protezlə təmin edildiyini vurğulayıb.