Yasında "selfi" çəkilən qadının oğlu danışdı: "O videonu ona görə çəkmişdik ki..."
    • 3-01-2019, 14:33
    • 857

Yasında "selfi" çəkilən qadının oğlu danışdı: "O videonu ona görə çəkmişdik ki..."

Azərbaycanda yas yerindən selfi edən xanımın videosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Vətəndaşlardan biri anasının yas yerindən selfi edib və deyib: "Qoy duysun hamı. Anamın öldüyünü hamı bilsin. Onu gəlib aparmaları üçün hazırlıq görürəm”

News24.az xəbər verir ki, Azxeber.com hadisə ilə bağlı mərhumun oğlu Əliağa Cəfərov ilə əlaqə yaradıb.

O hadisənin təfərrüatını danışıb.

- Necə oldu ki, bacınız yas mərasimində "selfi" çəkmək qərarına gəldi?
- Mən çox əsəbiyəm, neçə gündür ki, ailəmiz özünə gələ bilmir. Hadisənin təfərrüatını sizə danışmaq istəyirəm. Həmin xanım dekabr ayının 2-də dünyasını dəyişib. Mərhumun qızı da o videonu çəkərək Türkiyədə yaşayan yaxın qohumumuza göndərib. Bunu ona görə edib ki, həmin şəxs o anda ölkəyə gələ bilməyib. Sadəcə o burada olmadığı üçün özünü günahkar hesab deyə bu video ona göndərilib ki, sakitləşsin. Burada qeyri-adi nə var axı? Hamımızın qohumu biz yanında olmayanda ölə bilər. Bu heç də günah deyil.