Azərbaycanlı qız 55 bıçaq zərbəsi ilə qətlə yetirildi - TÜRKİYƏDƏ - FOTO
    • 3-01-2019, 15:05
    • 1 292

Azərbaycanlı qız 55 bıçaq zərbəsi ilə qətlə yetirildi - TÜRKİYƏDƏ - FOTO

Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda Azərbaycan vətəndaşı qətlə yetirilib.

24 yaşlı Qənirə Cabbarova Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında avtomobildə H.A. adlı şəxslə mübahisə edib. Bu mübahisənin dava-dalaşa dönməsi nəticəsində Qənirə Cabbarovaya 55 bıçaq zərbəsi vurulub. H.A. həbs edilib. 

Azərbaycan vətəndaşının cənazəsi isə müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Antalya şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.  
//Bakupost