"Ağ Canavar" ləqəbli 26 qat dünya çempionuna DİN-də VƏZİFƏ VERİLDİ
    • 21-09-2022, 13:33
    • 8 931

"Ağ Canavar" ləqəbli 26 qat dünya çempionuna DİN-də VƏZİFƏ VERİLDİ

Tanınmış idmançı, polis polkovnik-leytenantı Eduard Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

News24.az xəbər verir ki, bu barədə idmançının özü sosial şəbəkə hesabında məlumat verib:

"Azərbaycan Respublikası Daxili İşlər Naziri general polkovnik cənab Vilayət Eyvazovun əmri ilə DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşam. Bu etimadı mənə göstərdiklərinə görə Daxili İşlər Naziri general-polkovnik cənab Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki xanım Zemfira Meftaxetdinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Mən polis polkovnik-leytenantı Eduard Məmmədov hər zaman olduğu kimi bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm.
Mən fəxr edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmət edirəm".

Xatırladaq ki, peşəkar kikboksçu Eduard Məmmədov 26 qat dünya çempionu, 7 qat Avropa çempionu, 7 qat dünya kubokunun sahibi, 15 qat Azərbaycan çempionudur.