Əvəz Zeynallının əməliyyata ehtiyacı var
    • 21-09-2022, 18:21
    • 397

Əvəz Zeynallının əməliyyata ehtiyacı var

Hazırda həbsdə olan jurnalist Əvəz Zeynallının səhhətində problem yaranıb.

News24.az-ın məlumatına görə, bu barədə "Unikal"a açıqlamasında onun həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

"Əvəz bəy göz təzyiqindən əziyyət çəkir. Buna görə o, əməliyyat olunmaldır. Həbsdə olduğu müddətdə də göz təzyiqi ona ciddi problem yaradır. Çalışırıq və istəyirik ki, etibar etdiyimiz həkimlər tərəfindən əməliyyat olunsun", - deyə o qeyd edib.