Tanınmış veteran futbolçu zorakılıqda ittiham olunur
    • 3-01-2019, 16:40
    • 925

Tanınmış veteran futbolçu zorakılıqda ittiham olunur

Uels yığmasının və İngiltərənin "Liverpul" klubunun sabiq futbolçusu Kreyq Bellami "Kardiff Siti"nin U-18 komandasının baş məşqçisi postundan müvəqqəti uzaqlaşdırılıb.

Buna səbəb 40 yaşlı sabiq hücumçunun oyunçularla qarşı zorakılıqda ittiham olunmasıdır. İddiaya görə, K.Bellami gənc futbolçuların birinə aqressiv şəkildə davranıb və onu qorxudub. Həmin futbolçu komandadan ayrılsa da, klub bu məsələ ilə bağlı daxili araşdırma aparmağa qərar verib.
Uelsli məşqçi isə öz növbəsində ittihamı rədd edib.
Qeyd edək ki, Uels yığması 2020-ci il Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alıb.

//Report