Ukraynada meymunçiçəyinə yoluxanların sayı artır

Ukraynada meymunçiçəyinə yoluxanların sayı artır
Dünya

22-09-2022, 19:57

Mətn ölçüsü

Bu gün Ukraynada meymunçiçəyi virusuna  üçüncü yoluxma halı qeydə alınıb. 

News24.az xəbər verir ki, bu barədə Ukrayna KİV baş sanitar həkim İqor Kuzinə istinadən bildirib.

"Biz Ukraynada meymunçiçəyi virusuna  üçüncü yoluxmanı qeydə almışıq. Hər üç şəxs xəstəliyi yüngül keçirir. Onların hər hansı meymunçiçəyi xəstəsi ilə təması təsdiqlənməyib və xaricdə olmayıblar. Hazırda epidemiya ilə bağlı araşdırma aparılır", - Kuzin bildirib.

Onun sözlərinə görə, xəstələr 25-35 yaş arası kişilərdir.