-
- 23-09-2022, 16:30
- 690
İranda siyasi rejim ÇÖKƏ BİLƏR: Hakimiyyətin talehi QƏRBİN ƏLİNDƏDİR, ixtişaşları dayandırmaq üçün... – ŞƏRH
“İrandakı ixtişaşları İran siyasi sisteminin böhranı adlandırmaq olar. Bu böhran bir-iki ilin yox, çoxdanın prosesidir. Sadəcə olaraq son illər bu proses daha da gərginləşdi. İrana qarşı qoyulan sanksiyalar və COVID-19 pandemiyasının fəsadları İranın vəziyyətini daha da ağırlaşdırdı. Sosial və iqtisadi problemlər ixtişaşlara zəmin yaratdı. Hazırkı etirazlar da məhz İran hakimiyyəti ilə bağlıdır. Etirazçılar İran siyasi rejiminin dəyişməyini istəyirlər”.
Bunu News24.az-a açıqlamasında İrandakı mövcud vəziyyəti şərh edən politoloq İlqar Vəlizadə deyib.
Politoloq qeyd edib ki, etirazlar etnik zəmində inkişaf edə bilər: “Bunu istsina etmək olmaz. Çünki Tehranda hicabını doğru taxmadıgına görə "əxlaq polisi" tərəfindən fiziki güc tətbiq edilərək öldürülən Məhsa Əmini kürd mənşəlidir. Etirazlar əvvəlcə kürdlərin məskunlaşdığı vilayətlərdə başlayıb, sonra digərlərinə yayılıb”.
Ekspert əlavə edib ki, İranda mövcud rejimin çökməsi ilə bağlı da ehtimallar var: “Hökumət bunu yaxşı anlayır və hansısa addımlar atmağa cəhd göstərir. İranda hakim rejim güc amili ilə etirazçıları dayandırmaq yerinə iqtisadi və ya siyasi addımlar ataraq etirazçıları dayandırmaq niyyətindədir. İran prezidentinin digər ölkə rəhbərləri ilə görüşləri yardım məqsədi daşıyır. Onlar pul və sanksiyaların aradan qaldırılmasını istəyirlər. Sanksiyalar aradan qaldırılsa, Rusiya neftinə embarqo qoyulduğu üçün İran netfinə tələbat yarana bilər. Cəhdlər də buna görədir. Görünən odur ki, İranın siyasi rejiminin talehi Qərbin əlindədir. İran hakimiyyəti ixtişaşları yatırmaq üçün müəyyən kompromislərə getməlidir. Hər şey o kompromislərin dərəcəsindən və ixtişaşlara başçılıq edən şəxslərin tələblərindən asılı olacaq”.