İran ÇALXALANIR: “Molla rejimi” ÇÖKÜR? - ŞƏRH
    • 26-09-2022, 16:29
    • 1 737

İran ÇALXALANIR: “Molla rejimi” ÇÖKÜR? - ŞƏRH

“İranda ixtişaşlar hər gün yeni yüksəliş dövrünə qədəm qoyur, miqyası genişlənir. İranın bütün şəhərlərində ixtişaşlar var. Dünənə qədər qadınlar etiraz edirdisə, artıq kişilər də bu prosesdə iştirak edir. Siyasi rejim amansızlıqla nümayişçilərin üzərinə gedir. Xüsusilə, Cənubi Azərbaycanda rejim tərəfdarlarının dinc əhaliyə qarşı hərəkətləri çox qəddarcasınadır. Artıq ölənlərin sayı 55-dən çoxdur. Yeni qurbanların olması da istisna deyil”. 

Bunu News24.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, hərəkat kifayət qədər iradəli və ardıcıl sürətdə inkişaf edir: “Amma etiraz aksiyalarının bir qüsuru ordadır ki, təşkilati qüvvə demək olar ki, yoxdur. Hakimiyyət də təşkilati qüvvənin olmamasından istifadə edərək, cənubi azərbaycanlıların və kürdlərin üzərinə yükü atır. Məqsəd onları gözdən salmaqdır. Ancaq hələ ki, ixtişaşlar şiddətlənməkdə davam edir, rejim çox böyük tərəddüdlər içərisindədir. Rejimin zəiflədiyini müşahidə edirik. Cənubi Azərbaycanda bir şəhər bütünlüklə üsyançıların əlinə keçib. Bu, “molla rejimi”nin 42 illik tarixində miqyasına görə ən ciddi və ardıcıl mübarizədir. İranın bütün millət və xalqları bu prosesə qoşulub. Zənnimcə, “molla rejimi” bu hərəkatdan zəifləmiş və əzilmiş formada çıxacaq”.