Azərbaycan xalqı şəhidləri anır - FOTOREPORTAJ - YENİLƏNDİ
    • 27-09-2022, 14:21
    • 357

Azərbaycan xalqı şəhidləri anır - FOTOREPORTAJ - YENİLƏNDİ

Bu gün Vətən müharibəsinin başlamasından iki il ötür. 44 gün davam edən müharibə şəhid və qazilərimizin qanı, canı bahasına qələbə ilə yekunlaşdı. Beləliklə, Qarabağ 30 ildən sonra öz sahibinə qovuşdu. 

News24.az xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımız 27 sentyabr - Anım Günü ilə əlaqədar İkinci Şəhidlər xiyabanında ziyarət olunub.

Ziyarətçilər arasında şəhidlərin ailə üzvləri ilə yanaşı, onların döyüş yoldaşları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri də yer alıb.

Vətən müharibəsində canından keçmiş şəhidlərin məzarlarına gül düzülüb, xatirəsinə ehtiram ifadə olunub.

Fotoreportajı təqdim edirik:

Foto: Teymur Məmmədov