"İlk dəfədir gəlirəm, anladım ki, HAMISI YAXINIMDIR
    • 27-09-2022, 18:26
    • 312

"İlk dəfədir gəlirəm, anladım ki, HAMISI YAXINIMDIR" - ANIM GÜNÜ

Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb. Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2908 nəfər hərbi qulluqçusu həlak olub, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşüb, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub.

Bu gün səhərin erkən saatlarından xalq şəhidlərini yad etmək üçün II Şəhidlər xiyabanına toplaşmışdı.

News24.az anım günündən olan videonu təqdim edir: 

Müxbir:Qumral Əliyeva 
Video:Nicat Niftəliyev