Stoltenberq: Rusiyanın keçirdiyi referendumun legitimliyi yoxdur
    • 27-09-2022, 20:22
    • 529

Stoltenberq: Rusiyanın keçirdiyi referendumun legitimliyi yoxdur

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

News24.az xəbər verir ki, bu barədə Stoltenberq “Twitter“də bildirib.

“Prezident Zelenski ilə danışdım və NATO müttəfiqlərinin Ukraynanın suverenliyi və özünümüdafiə hüququna dəstəyimizin sarsılmaz olduğunu dedim. Rusiya tərəfindən keçirilən saxta referendumun legitimliyi yoxdur və bu, açıq şəkildə beynəlxalq hüququn pozulmasıdır. Bu torpaqlar Ukraynadır”, - NATO Baş katibi deyib.