Böyük Britaniya Ukraynada keçirilən “referendum”ları tanımayacaq
    • 28-09-2022, 21:05
    • 336

Böyük Britaniya Ukraynada keçirilən “referendum”ları tanımayacaq

Böyük Britaniyanın Baş naziri Liz Trassla Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş verib.

News24.az-ın xəbərinə görə, Baş nazir Liz Trass Rusiyanın Ukraynada keçirdiyi saxta referendumlar fonunda Böyük Britaniyanın davamlı dəstəyini vurğulayıb.

Baş nazir açıq şəkildə bildirib ki, Böyük Britaniya Rusiyanın Ukraynanın suveren ərazilərini ilhaq etmək cəhdlərini heç vaxt tanımayacaq.

O, Putin məğlub olana qədər Ukraynanın Böyük Britaniyanın dəstəyinə arxalana biləcəyini bir daha vurğulayıb.

Prezident Zelenski Baş naziri hazırkı hərbi vəziyyətlə bağlı məlumatlandırıb.

Liderlər həmçinin qaz tədarükünü təmin etmək üçün birgə işlər barədə müzakirə aparıblar.