Xəstəxanaya gedən kişinin mədəsindən 63 qaşıq çıxarıldı
    • 30-09-2022, 10:52
    • 335

Xəstəxanaya gedən kişinin mədəsindən 63 qaşıq çıxarıldı

Hindistanda mədə ağrısı şikayəti ilə həkimə müraciət edən kişinin mədəsində  yad cisimlər aşkar edilib.

News24.az xəbər verir ki, əməliyyatla 32 yaşlı kişinin mədəsindən 63 metal qaşıq tutacağı çıxarılıb.

Xəstə təxminən 6 ay əvvəl metal əşyalar yeməyə başladığını bildirib.

Həkimlərin sözlərinə görə, xəstə Pika Sindromundan əziyyət çəkir.

Qeyd edək ki, torpaq, gil, təbaşir, kömür kimi əşyaları yemək vərdişi tibbdə Pika sindromu adlanır. 

Qumral Əliyeva