BAKIDA DƏHŞƏT: Suraxanıda kişi ilə qadın intihar etdi
    • 30-09-2022, 13:48
    • 291

BAKIDA DƏHŞƏT: Suraxanıda kişi ilə qadın intihar etdi

Dünən Bakının Suraxanı rayonunda iki nəfər intihar edib.

News24.az-ın əldə etdiyi məlumata görə, rayonun Qaraçuxur qəsəbə sakini, 1973-cü il təvəllüdlü Novruzova Aidə özünü yaşadığı E.Bəkirli küçəsindəki mənzildə öldürərək həyatına son qoyub.

Oxşar hadisə dünən Suraxanı rayonunun Əmircan qəsəbəsində də baş verib. Qəsəbənin N.Abdullayev küçəsində yaşayan 1961-ci il təvəllüdlü Hidayət Qəhrəmanov özünü yaşadığı mənzildə öldürüb.

Hər iki intihar faktı ilə əlaqədar Suraxanı rayon prokurorluğunda araşdırmalara başlanılıb.