Polis əməliyyat keçirdi - 49 narkotacir tutuldu
    • 3-10-2022, 11:55
    • 315

Polis əməliyyat keçirdi - 49 narkotacir tutuldu

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gündə 49 narkotacir tutulub onlardan 66 kiloqram narkotik maddə aşkar edilib.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr gətirən, Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə xaricə narkotik madələr göndərməyə çalışan, onlayn, eləcə də digər üsullarla narkotiklərin satışını təşkil edən transmilli mütəşəkkil dəstənin daha 49 nəfər üzvü saxlanılıb.