Bakıda DƏHŞƏT: Şəhərin mərkəzində iki nəfər özünü öldürdü
    • 3-10-2022, 13:12
    • 654

Bakıda DƏHŞƏT: Şəhərin mərkəzində iki nəfər özünü öldürdü

Bakıda intihar hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, Nəsimi rayonu, R.Cəbiyev küçəsində yerləşən mənzildə 1973-cü il təvəllüdlü Rauf Əhəd oğlu Abbasov intihar edib. Onun hansı səbəbdən canına qəsd etdiyi məlum deyil.

Bundan başqa Nərimanov rayonunda da intihar hadisəsi baş verib. Rayonun Əhməd Rəcəbli küçəsində yerləşən binada yaşayan 1948-ci il təvəllüdlü Nizami Fərhad oğlu Mikayılov yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

Baş vermiş intihar hadisələri ilə bağlı araşdırmalar aparılır.