Vəzifəli şəxs rüşvət alarkən SAXLANILDI - FOTO
    • 5-10-2022, 12:47
    • 805

Vəzifəli şəxs rüşvət alarkən SAXLANILDI - FOTO

Rusiyada Krasnoyarsk diyarının polis rəisinin müavini, polkovnik-leytenant Mixail Privalixin 1,5 milyon rubl rüşvət alarkən FSB əməkdaşları tərəfindən saxlanılıb.

News24.az "Unikal"a istinadən xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Bildirilir ki,  Mixail Privalixinin evinə axtarış aparılıb. Onun həyat yoldaşı da dindirilmək üçün şöbəyə aparılıb.

Bununla yanaşı, Privalixin 2017-ci ildə mütəşəkkil cinayətkar qrup yaratmaqda şübhəli bilinirdi.