"Dərsdə şagirdlərdən telefonların yığılması qanunsuzdur"
    • 6-10-2022, 11:36
    • 277

"Dərsdə şagirdlərdən telefonların yığılması qanunsuzdur"

"Şagirdlərdən məktəbə daxil olanda mobil telefon və buna bərabər tutulan cihazların yığılması heç bir qanunvericilik aktlarında və təlimatda qeyd olunmayıb". 

News24.az xəbər verir ki, bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert  qeyd edib ki, heç bir direktor, müəllim şagirddən telefonu dərs başlayanda yığıb, dərsdən sonra qaytarmaq prosesini tətbiq edə bilməz:"Telefonlar yığıla bilər, yığılmalıdır o ayrı bir mövzudur, bunun üçün ilk növbədə təlimat, qaydalar müəyyən edilməlidir".