Nazirliyə bir ildə 160 374 müraciət edilib
    • 7-01-2019, 10:33
    • 784

Nazirliyə bir ildə 160 374 müraciət edilib

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı mərkəzinə 160374  müraciət daxil olub.

Müraciətlərin 96 faizi əsasən sosial təminat növləri, əmək qanunvericiliyinin tətbiqi, sosial sığorta münasibətləri, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb olunma qaydaları, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. ilə bağlı sorğulardan ibarət olub. Müraciətlərlə bağlı vətəndaşlara qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib. 

Digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlar məlumatlandırılıb. 

//FemidaAz