"Telegram"-ın yaradıcısından "WhatsApp" XƏBƏRDARLIĞI: " Uzaq durun,yoxsa məlumatlarınız...
    • 7-10-2022, 22:30
    • 401

"Telegram"-ın yaradıcısından "WhatsApp" XƏBƏRDARLIĞI: " Uzaq durun,yoxsa məlumatlarınız..."

"Telegram"ın yaradıcısı Pavel Durov "WhatsApp" mesajlaşma proqramında təhlükəsizlik tədbirlərinin arxa plana atıldığını iddia edib.

O, istifadəçiləri "WhatsApp"dan başqa istənilən mesajlaşma proqramından istifadə etməyə çağırıb.

Durov bildirib ki, xakerlər “WhatsApp” istifadəçilərinin telefonlarında hər şeyə tam giriş əldə edə  bilir: “Hər il WhatsApp  istifadəçilərinin təhlükəsizliklə bağlı şikayətləri ilə qarşılaşırıq. Əgər, telefonunuzda "WhatsApp" proqramı varsa, bütün məlumatlarınıza, cihazınızda olan hər bir proqrama daxil olmaq olar”.

Rus milyarder iddia edib ki, “WhatsApp”  hüquq-mühafizə orqanları və digər təhlükəsizlik tədbirlərindən yayınmaq üçün bu addımı atıb.