Ruhəngiz Qasımovanın cənazəsi həftə sonu Azərbaycana gətiriləcək
    • 10-10-2022, 12:13
    • 365

Ruhəngiz Qasımovanın cənazəsi həftə sonu Azərbaycana gətiriləcək

Əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın cənazəsi həftə sonu Azərbaycana gətiriləcək.

Bu barədə News24.az-a rejissor Oqtay Əliyev məlumat verib. 

Oqtay Əliyev bildirib ki, o, həyat yoldaşının yanında dəfn ediləcək. 

Qeyd edək ki, bəstəkar Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.