Ərdoğan: TANAP-ın ötürmə qabiliyyətinin artırılmasına dair işə başladıq
    • 10-10-2022, 23:35
    • 299

Ərdoğan: TANAP-ın ötürmə qabiliyyətinin artırılmasına dair işə başladıq

“Azərbaycanla birlikdə TANAP-ın illik ötürmə qabiliyyətinin ikiqat artırılmasına dair işlərə başladıq”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

O, illik ötürmə qabiliyyətinin 16 milyard kubmetrdən 32 milyarda qaldırılaraq TANAP-ın Avropanın enerji təhlükəsizliyini təmin edəcəyini bildirib./APA/