Azərbaycanda TikTok AÇILMAYIB - Nazirlikdən RƏSMİ AÇIQLAMA
    • 11-10-2022, 17:01
    • 602

Azərbaycanda TikTok AÇILMAYIB - Nazirlikdən RƏSMİ AÇIQLAMA

"Məlum olduğu kimi, “TikTok” sosial şəbəkəsinə ölkə ərazisində müraciət müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Sosial şəbəkəyə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaq".

Bunu News24.az-a açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Vüsalə Səid Əyyubqız  ölkə ərazisində TikTok platformasına giriş məhdudiyyətinin aradan qaldırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Qeyd edək ki, TikTok-a giriş sentyabrın 14-də məhdudlaşdırılmışdı. Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək Tiktok sosial şəbəkə resursuna girişi məhdudlaşdırmışdı.