“Mən onun bəstələdiyi mahnıları çox sevirdim” – Hüseynbala Mirələmov
    • 12-10-2022, 14:02
    • 404

“Mən onun bəstələdiyi mahnıları çox sevirdim” – Hüseynbala Mirələmov

“Ruhəngiz xanım Azərbaycan incəsənətinin görkəmli simalarından biri idi. Mən onun bəstələdiyi mahnıları çox sevirdim. Şəxsən tanıdığım üçün deyə bilərəm ki, gözəl insan idi. Əminəm ki, işıqlı xatirəsi onu tanıyanların, Azərbaycan xalqının, musiqisevərlərin qəlbində əbədi yaşayacaq. Gözəl bəstəkarı itirdik, Allah rəhmət eləsin”.

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mərhum bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın dəfn mərasimində sabiq deputat Hüseynbala Mirələmov deyib.

Qumral Əliyeva