Bu rayonda qaz təchizatı məhdudlaşdırılacaq
    • 12-10-2022, 18:40
    • 279

Bu rayonda qaz təchizatı məhdudlaşdırılacaq

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Lək” QPS-in girişin hissəsində quraşdırılmış qurğunun dəyişdirilməsi və digər avadanlıqlarda aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı, 13.10.2022-ci il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Lək” QPS-dən “Lək 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz” İstehsalat Birliyindən News24.az-a verilən məlumata görə, təmir aparılan müddətdə Ucar rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.