SSRİ dövründə qadağan olunmuş dünyaca məşhur filmlər - SİYAHI
    • 7-01-2019, 17:39
    • 2 771

SSRİ dövründə qadağan olunmuş dünyaca məşhur filmlər - SİYAHI

Hər dövrdə müəyyən filmlər olub ki, efirlərdə və kinoteatrlarda yayımına qadağa qoyulub.

News24.az SSRİ zamanı geniş auditoriyaya çıxışına izacə verilməsə də insanların can ataraq müxtəlif yollarla izləyə bildiyi filmlərin siyahısını təqdim edir:

“Emmanuel” filmi 1974-cü ildə ərsəyə gəlib. Süjet xəttinə görə əsas obrazı canlandıran aktrisa Silviya Kristel azad sevginin əls dadını kəşf edir.

“Yunan əncir ağacı” adlı ekran işində Almaniyada yaşayan Patrisya adlı qızın həyatından bəhs edilir. O, valideynlərini aldadaraq Yunanıstana qaçır.


1979-cu ildə “Kaliqula” filminin geniş nümayişi qadağan olunmuşdu. Buna səbəb isə ekran işində kino incəsənətinə layiq olmayan səhnələrdir. Tinto Brassın işi Vatikanda iyrənc adlandırılıb.

“Parisdə son tanqo”nun rejissoru Bernardo Bertoluççinin dediyinə görə filmdə aktyor Marlon Brondo və Mariya Şnayderin səhnəsinin necə alınacağından öncədən xəbərsiz olub. 

“Mavi Laqun” ekran işi kadrlarda bir neçə dəfə aktrisanın çılpaq sinəsinin görünməsi səbəbi ilə 1980-ci ildə SSRİ-də qadağan olunub. 

Teymur MƏMMƏDOV