“Qarabağ” və “Olimpiakos” rəsmilərinin görüşündən - MARAQLİ GÖRÜNTÜ
    • 14-10-2022, 21:57
    • 221

“Qarabağ” və “Olimpiakos” rəsmilərinin görüşündən - MARAQLİ GÖRÜNTÜ

“Qarabağ”la “Olimpiakos”un Avropa Liqasındakı hər iki matçı artıq geridə qaldı. Bu görüşlərdə Ağdam təmsilçisi 4 xal qazana bildi (3:0, 0:0).

News24.az xəbər verir ki, UEFA-nın protokol qaydasına əsasən, hər matç öncəsi qonaq komandanın rəsmiləri şərəfinə rəsmi nahar/şam yeməyi təşkil olunur. Bakıdakı restoranlardan birində təşkil olunan belə görüşdə Ağdam və Pirey klub rəsmiləri bir araya gəlib. Görüşdən şəkilləri özünün İnstaqram səhifəsində “Qarabağ”ın baş meneceri Asif Əsgərovla paylaşıb. A.Əsgərov təmsil etdiyi klub adından xatirə hədiyyəsini “Olimpiakos”un rəsmisi, Fransa millisinin heyətində dünya çempionu olmuş Kristian Karamböyə təqdim edib.

Eyni zamanda Pirey təmsilçisi də tərəfindən də “Qarabağ”a hədiyyə verilib.