-
- 14-10-2022, 23:11
- 296
Şuşa ilə Kayseri şəhərləri qardaşlaşdı
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ilə Türkiyənin ən qədim şəhərlərindən birisi olan Kayseri arasında qardaşlaşmış şəhərlər haqqında protokol imzalanıb.
Bu barədə News24.az-a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan Republikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov Kayseri şəhərinə səfəri çərçivəsində imza mərasimində iştirak edib.
Kayseri Böyükşəhər Bələdiyyəsində təşkil edilən və Şuşa şəhər Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasovun başçılığı ilə Şuşa şəhərindən gəlmiş heyətin iştirak etdiyi imza mərasimində səfir Rəşad Məmmədov çıxış edərək bu günün tarixi bir gün olduğunu vurğulayaraq, Şuşanın Kayseri ilə əlaqələrinin qurulmasının xüsusi önəmini diqqətə çatdırıb.
Səfir Rəşad Məmmədov Kayseriyə səfəri çərçivəsində şəhər valisi Gökmən Çiçək və Böyük şəhər Bələdiyyəsinin sədri Məmduh Böyükkılıç ilə də görüşlər keçirib və iki qardaş ölkənin bölgələri arasında birbaşa əlaqələrin qurulması üçün mövcud imkanlara dair fikir mübadiləsi aparıb.
Şəhər valisi Gökmən Çiçəklə keçirilmiş görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Kayseri Erciyes Universitetinin məzunu Murad Məmmədovun adının Kayseridə əbədiləşdirilməsi barədə müzakirələr də aparılıb. Həmçinin Vətən müharibəsi şəhidinin adının Kayseri məktəbində əbədiləşdirilməsi barədə razılıq əldə olunub.